Whats App istifadəçiləri üçün bəd xəbər!

Bu gün daha çox təhlükəli yeni bir proqram aşkar edildi.

 

Son zamanlarda hər birimizin eşitdiyi və ya rastlaşdığı proqram olan Pegasus hansı ki, istifadəçi olaraq şəxsi həyatımızı təhlükəyə salan proqram.

 

Bu tipli proqramlar ağıllı telefonlarımıza çox rahat şəkildə başqa şəxslər vasitəsi ilə əlavə edilə bilir. Bu tək bir mesaj və istinad linki olması kifayətdir ki, telefonumuza əlavə edilə bilsin. Bu tip proqramlar vasitəsi ilə pis niyyətli şəxslər telefonumuzu çox rahat şəkildə idarə edə bilirlər. Yəni mesajlarımızı gizli şəkildə oxuyub, danışıqlarımızı dinləmək mümkün olur.

 

Xüsusi ilə keçən həftələrdə Pegasus proqramından sonra bir çox şəxs belə tətbiqlərə böyük savaş açdılar. Ancaq az əvvəl oxuduğum xəbərlərə görə Pegasus çox da güclü yeni bir proqram ortaya çıxıb.

 

İsrailə aid olan Paragon Solutions adlı bu şirkətin hazırladığı tətbiq vasitəsi ilə Gmail, WhatsApp, Facebook, Messenger və buna oxşar tətbiqlərə çox rahat şəkildə daxil olub istifadəçinin informasiyaları əldə edilə bilər.

 

Və əsas pis xəbər odur ki, bu tətbiq telefona əlavə edildikdən sonra siz onu sıfırlasanız belə (bəli bəli format da versəz) bu telefonunuzda qalmağa davam edir.