Veb səhifə və Veb tətbiq arasında fərqlər

Veb səhifə(sayt) nədir?

Veb sayt, vahid bir domen adı olan, bütün dünyadan əl çatan olan, bir-biri ilə əlaqəli veb səhifələr qrupudur. Bir şəxs və ya şirkət tərəfindən inkişaf etdirilə və saxlanıla bilər. Veb sayt müxtəlif məqsədlərə xidmət etməyi hədəfləyir. Məsələn: Bloglar, portfolio, xəbər, korporativ.

Veb tətbiq nədir?

Veb tətbiqi, hər hansı bir veb brauzerdən istifadə edərək əldə edilə bilən bir  proqramdır. Onun ön tərəfi bütün brauzerlər tərəfindən dəstəklənən HTML, CSS, Javascript kimi dillərdən istifadə etməklə yaradılır. Arxa planda isə LAMP, MEAN və s.

Veb tətbiqlər,  xidməti tətbiqlər(SaaS) sistemlərinin ortaya çıxması ilə on plana çıxdı.

Niyə bir Veb saytına ehtiyacınız var?

  • Məhsul və xidmətlərinizi nümayiş etdirmək üçün təsirli bir üsuldur
  • İşinizin markalaşmasında sizə kömək edir
  • İş məqsədinizə daha sürətli çatmağınıza kömək edir
  • Müştəri dəstəyinizi artırmağa imkan verir

Niyə bir Veb tətbiqə ehtiyacınız var?

  • Masaüstü tətbiqlərə nisbətən veb tətbiqlərə dəstək vermək daha asan olur. Çünki kod strukturu eyni olduğu üçün uyğunluq problemləri yaşanmır.
  • Veb tətbiqlərdə istədiyiniz platformanı istifadə edə bilirsiniz, çünki biri-birləri ilə uyğunluqları var. (Windows, Linux, Mac…)
  • İstədiyiniz zamanda və istədiyiniz şəkildə paylaşa bilərsiniz. Yenilənmələri istifadəçilərinizə bildirmənizə ehtiyac yoxdur.
  • Bu veb tətbiqlərinə günün 24 saatı və ildə 365 gün istənilən kompüterdən daxil ola bilərsiniz.
  • İstədiyiniz məlumatları əldə etmək üçün ya kompüterdən, ya da mobil cihazınızdan istifadə edə bilərsiniz.
  • Veb tətbiqlər istənilən şirkət və ya şəxs üçün maddi olaraq daha qənayətcil olur. 
  • Veb Əsaslı Tətbiqlər, mobil telefonun veb brauzeri vasitəsi istifadə edilə bilir. Buna görə də onları yükləmək lazım deyil.

Veb saytın xüsusiyyətləri

  • Keyfiyyətli və lazımı veb məzmun rahat bir şəkildə əl çatan olmalıdır.
  • İstifadəçi dostu naviqasiya və veb dizayn
  • Google kimi axtarış sistemlərindən istifadə etməklə asanlıqla tapılmalı(SEO uyğunluğu).

Veb Tətbiqinin Xüsusiyyətləri

  • Bulud tərəfindən idarə oluna bilən və yüksək miqyaslılıq
  • Əsasən Çapraz platformadır(Cross-platform)
  • Modul məntiqli və sərbəst birləşdirilmişdir
  • Avtomatik testlərlə asanlıqla sınaqdan keçirilməli.

Fərqlər

Parametr
Veb tətbiqVeb Səhifə
QuruluşAdətən giriş icasəzi olan istifadəçi üçün dizayn edilib hazırlanır.

Əsasən statik informasiyalardan ibarətdir və bütün istifadəçilər üçün əl çatandır.

İstifadəçinin 

səlahiyyətləri

Tətbiqdə istifadəçi sadəcə informasiyaları oxumaqla deyil eyni zamanda onları redaktə etmə imkanıda vardır.Səhifədə isə yalnız oxuya biləcəyi və ya görə biləcəyi mətn, şəkil informasiyalar movcud olur.
İdentifikasiyası
Tətbiqlərdə yuxarıda göstərildiyi kimi səlahiyyətlər olduğu üçün giriş icazəsi olması vacibdir. İnformasiya xarakterli bir səhifə üçün bu vacib deyil. Sadəcə istifadəçi davamlı bir yenilənmələrdən xəbardar olmaq üçün üzv ola bilər.
Vəzifə və mürəkkəblikVeb tətbiqi funksiyaları bir veb saytı ilə müqayisədə olduqca yüksək və mürəkkəbdir.
Veb səhifə isə toplanan məlumatları sadəcə müəyyən bir şəkildə göstərir.
KompilyasiyaYerləşdirilmədən əvvəl tətbiq əvvəlcədən tam şəkildə hazır olmalı və tərtib edilməlidir.
Saytın əvvəlcədən tərtib edilməsinə ehtiyac yoxdur
Yerləşdirmə
Bütün dəyişikliklər bütün layihənin yenidən tərtib edilməsini və yerləşdirilməsini tələb edir.
Kiçik dəyişikliklər heç vaxt tam şəkildə yenidən tərtib edilib və yerləşdirmə tələb etmir. Yalnız HTML kodunu yeniləmək kifayətdir.