Qatı Proqram Prinsipləri nələrdir?
Artıq hər birimizin(proqramçıların) bilməsi lazım olan S.O.L.I.D proqramlaşdırmanın təməl prinsipi olaraq qəbul edilir.
S.O.L.I.D-in prinsipləri Robert C.Martin tərəfindən iləri sürülmüşdür.
S - Single-responsibility principle
Bir sinif yəni obyekt sadəcə bir məqsəd üçün istifadə edilməlidir. Yəni bir sinifin sadəcə görməsi lazım olan bir işi olmalıdır.
O - Open-closed principle
Sinif və ya funksiya mövcud olan xüsusiyyətlərini qorumalı və dəyişikliyə icazə verməməlidir. Yəni yeni bir şey əlavə edildiyində işləyişini dəyişdirməməlidir və yeni xüsusiyyətləri qəbul edə bilməlidir.
L - Liskov substitutation principle
Kodlarımızda dəyişiklik olmadan alt sinifləri, üst siniflərin yerinə istifadə edə bilməliyik.
I - Interface segregation principle
Bir interfeysə lazımsız və istifadə edilməyən xüsusiyyətlər əlavə edilməməlidir. İstifadə ediləcək xüsusiyyətlər xüsusilləşdirilmiş interfeysə elavə edilərək istifadə edilə bilər.
D - Dependency İnversion Principle
Siniflər arası əlaqələr ən az səviyyədə saxlanılmalıdır. Xüsusilə üst səviyyə siniflər alt səviyyə siniflərə bağlı olmamalıdır.