NPM nədir?

Node Package Manager (NPM) JavaScript əsaslı proqramların işlənib hazırlanması və idarə edilməsi üçün vacib vasitədir. JavaScript-in geniş istifadə olunduğu müasir veb inkişaf ekosisteminin vacib hissəsi olan NPM paketləri idarə etməyi, paylaşmağı və paylamağı asanlaşdırır.  Isaac Z. Schlueter tərəfindən hazırlanmışdır.

NPM nədir?

NPM bir çox funksiyaları yerine yetirə bilən bir vasitədir:

Paket İdarəetmə: NPM layihələrinizdə istifadə etmək istədiyiniz üçüncü tərəf paketlərini (kitabxanalarını) axtarmaq və quraşdırmaq üçün istifadə olunur. Məsələn, bir veb səhifə (tətbiq) hazırlayanda, NPM vasitəsilə asanlıqla jQuery, React və ya Express kimi kitabxanaları layihənizə daxil edə bilərsiniz.

Layihədən asılılıqların idarə edilməsi: NPM layihənin asılılıqlarını və versiyalarını müəyyən etmək üçün istifadə olunur. Bu, layihənizin digər proqramçılar tərəfindən başa düşülməsini və yenidən qurulmasını asanlaşdırır.

Layihə Konfiqurasiyası: Layihənizin konfiqurasiya fayllarını (package.json) qurmağa və idarə etməyə imkan verir. Bu faylda layihə adı, versiya, asılılıqlar və digər parametrlər var.

Skript İdarəetmə: NPM sizə layihə ilə bağlı xüsusi əmrləri (skriptləri) təyin etməyə imkan verir. Məsələn, layihənizi başlamaq, tərtib etmək və ya sınaqdan keçirmək üçün istifadə edə biləcəyiniz əmrləri asanlıqla müəyyən edə bilərsiniz.

NPM necə istifadə edə bilərəm?

Siz NPM üçün nodejs yükləməlisiniz və nodejs yükləyib quraşdırıldıqda NPM avtomatik olaraq orada quraşdırılacaq.

Node JS buradan yükləyə bilərsiniz => Keçid et

Yükləndikdən sonra ilk olaraq Node.JS versiyanınız kontrol edin.

node -v

Sonra isə NPM versiyanınızı kontrol edin.

npm -v

Package.json


Package.json: Layihə haqqında məlumatı özündə saxlayan fayldır.

package.json faylını qurmaq üçün terminala aşağıdakı kodları yaza bilərsiniz:

npm init və ya npm init -y

npm init dedikdə bizə bəzu suallar verir ve cavab gözləyir. npm init -y dedikdə isə faylı birbaşa qurur. Bundan sonra fayla daxil olub dəyişikliklər edə bilərsiniz.

package.json
{
    "name": "layihə adı",
    "version": "layihə versiyası",
    "description": "layihənin təsviri",
    "main": "index.js",
    "scripts": {
            "paketinizin istifadə müddəti ərzində müxtəlif vaxtlarda işlədilən skript əmrləri lüğətidir."
    },
    "keywords": [açar sözlər daxil edə bilərsiniz],
    "author": "layihəni yazan şəxs və ya şirkət",
    "licesce": "layihənin lisenziya adı"
}