Kotlin.. Mobil proqramlaşdırma ilə məşğul olanların hətta proqramlaşdırma ilə məşğul olanların bu aralar tez-tez eşitdiyi dillərdən biri.
2019-cu ildə Google Kotlinin Android tətbiqlərin hazırlanmasında proqramçılar üçün məsləhət gördüyü dillərdən biri olduğunu bildirdi.
Əslində bu çox da gözlənmədik bir xəbər deyildi. Google ondan iki il əvvəldə Kotlinə dəstək verdiyini bildirmişdi.
Kotlin Nədir?
Kotlin 2011-ci ildə ilk olaraq JetBrains tərəfindən təqdim olunan mobil proqramlaşdırma üçün istifadə edilən bir dildir. Kotlin əsəs olaraq Android platformasına fokuslanmasına baxmayaraq IOS-da daxil olmaqla bir çox platformanı özündə birləşdirməyi hədəfləmişdi. Ancaq ilk 5-6 il çox da tələb görməmişdi.
2017-də Google öz dəstəyini bildirdikdən sonra istifadəsi artı.
Kotlinin xüsusiyyətləri
- Java kodu ilə birlikdə işləyə bilir. Əslində kodlar çox da Java ilə uyğun olmasa da, Java ilə birlikdə işləməyə tam şəkildə uyğundur.
- Kotlin açıq qaynaq kodludur(Open source) və Network-ü olduqca genişdir.
- Proqraçının ən sevdiyi şey kod təkrarının az olmasıdır. Kotlinin əsas xüsusiyyətlərindən biridə budur.
- Çoxlu platforma dəstəkləyir. Yəni siz əslində həm Android həm də IOS üçün kod yaza bilirsiniz.