Google axtarış operatorları

Salam dostlar! Bu məqalədə sizlərlə Google axtarış operatorları haqqında məlumatlar bölüşəcəm.

Intitle

Bu operator vasitəsi ilə biz axtardığımız məlumatın "title" bölməsi üzrə axtarılmasını həyata keçiririk. Nümünə versək biz "Yup Technology" olaraq axtarış etdikdə nəticələr sadəcə "title" bölməsində "Yup Technology" yazan veb səhifələri bizə qaytaracaq.


Inurl

Bu operatordə intitle məntiqi ilə çalışır. Sadəcə fərq ondan ibarətdir ki, axtarılan söz url-də axtarılır.

Site

Site operatoru isə arqument olaraq göndərilən domain adına aid olan URL-ləri bizə qaytaracaq. 

"site:ayyubhajiyev.com" yazdığımızda bizim bütün URL-lərimizi qaytaracaq amma "kateqoriya site:ayyubhajiyev.com" yazdığımızda sadəcə kateqoriya sözü keçən linkləri bizə göstərəcək.

Related

Bu operator isə arqument olaraq göndərilən veb səhifəsinin oxşarlarını bizə qaytarır.

Link

Bu operator arqument olaraq göndərilən veb səhifəsinə link verən veb səhifələri bizə qaytarır.