Fərdi proqramlaşdırma təlimi başlayır

Tərəfimdən keçiriləcək sıfırdan "FƏRDİ PROQRAMLAŞDIRMA TƏLİMİNƏ" qeydiyyat başlamışdır. 

Təlimdə ilk ay Fundamental proqramlaşdırmaalqoritimlər tədris ediləcəkdir. Burada əsas üstünlük C proqramlaşdırma dilinə veriləcəkdir. Bununla birlikdə xüsusi alqoritmlər işləniləcəkdir. 

Növbəti ay HTML və CSS tədris ediləcəkdir. Burada tələbə veb səhifənin layout hissəsinin hazırlanmasını, formlar, cədvəllər, animasiyalar və bir çox xırda incəlikləri öyrənəcəkdir.  

Növbəti aylar isə JavaScript və onun texnologiyalarının öyrənilməsi prosesi başlayır ki, burada tələbə Front-End proqramlaşdırma öyrənir və real nümunələrə tətbiq edərək incəliklərini mənimsəyir. 

Front-End biliklərini tamamlayan tələbə artıq Back-End proqramlaşdırmaya başlaya bilər. Buradan sonra PHP, NodeJS və təbii ki, MySQL tərəfi başlayır. Burada tələbə xüsusi tətbiqlərin hazırlanmasını və server-ə yüklənib istifadəyə hazır hala gətirilməsini öyrənəcəkdir. 

Təlim paketi:

- Fundamental proqramlaşdırma(Burada alqoritim nümunələri üzərində çalışılacaqdır)

– HTML 5

– CSS 3 (Bootstrap,Materialize)

– JavaScript(ReactJS, NodeJS)

– PHP (Laravel)

- MySQL

Xüsusi qeyd: Təlimə ilkin kompüter bilikləri imtahanı verərək başlaya biləcəksiniz. Və əlavə olaraq hər tədris ayının sonunda xüsusi imtahan keçirilir və tələbə həmin imtahanlardan mütləq 50% + nəticə əldə etməlidir. 

Təlim 9 ay həftədə 3 dəfə 1 saat olaraq FƏRDİ şəkildə keçiriləcəkdir.

Ödəniş aylıq 500 AZN  bütöv ödənişdə isə 4000 AZN təşkil edir.

Qeydiyyat üçün: Click edin