Ən məşhur Node JS modulları

Sizin də bildiyiniz kimi NodeJS server tərəfli Javascript ilə veb tətbiqlər yazmağımız üçün hazırlanmış bir mühitdir. Node JS-də proqramımızı daha da funksiyonal hala gətirmək üçün bir çox modullar mövcuddur. Bu məqalədə məşhur və ən çox istifadə olunan Node JS modullarına baxacağıq.

BODY-PARSER

Bu modul  vasitəsi ilə tətbiqə gələn request-lərin body-lərini istifadə etmək üçün parse edir.

MORGAN

 Tətbiq daxilində ki, HTTP request-ləri loglamaq üçün istifadə edilən bir moduldur. Bu modul vasitəsi ilə tətbiqinizə gələn sorğuları izləyə bilərsiniz.  İşləmə prinsipi middleware şəklindədir.

NODEMON

Məlumunuzdur ki, biz hər hansı bir dəyişiklik etdiyimizdə server tərəfinidə yenidən çalışdırmaq lazım olur. Nodemon çalışma zamanı fayllarımızı cari zamanda izləyərək hər hansı bir dəyişiklik olduğunda Node serverini yenidən başladır və bununlada dəyişikliyi tez test edə bilirik.

COOKIE-PARSER

Request ilə gələn informasiyalarda Cookie-ləri oxumaq və qaytarılan response-a set etmək üçün istifadə olunur. Tətbiqə middleware olaraq əlavə edilir. 

NODEMAILLER

Adındanda bilindiyi kimi Node Js ilə mail əməliyyatlarını etmək üçün istifadə edilir.

 PASSPORT

NodeJS də ən populyar Authentication moduludur. İstifadəçilərin informasiyaları ilə(email və şifrə) və ya OAuth(Open Protocol) (Facebook, Google və s) profilləri ilə sistemə giriş edə biləcəkləri loginin hazırlanmasında istifadə edilir.