Dark Veb
Dark Web, sadəcə xüsusi browserlər tərəfindən əl çatan olub, internet saytların gizli topluluğudur.
Həm qanuni həm də qanundan kənar tətbiqlərdə bizə kömək ola biləcək internet fəaliyyətlərinin anonim və məxfi saxlanması üçün istifadə olunur.
Əsas olaraq qeyri-qanuni fəaliyyətlərdə istifadə olunur.
Dark web, deep web və surface(səthi) nədir?
Internetdə, 7 gün 24 saat fasiləsi çalışan milyardlarla veb səhifələr vardır. Bu veb səhifələr ilə biz google, bing və s axtarış motorları vasitəsi ilə əlaqə qura bilib, informasiya əldə edə bilirik.
Ancaq belə deyək ki, bu sadəcə aysbergin görününən qismidir. Digər bir şəkildə desək internetin "visible" tərəfi.
Açıq veb(open web) və səth veb(Surface web) işin görününən tərəfləridir. Bütün şəbəkəni aysberq kimi təsvir etsək açıq veb aysberqin suyun üstündə olan hissəsinin ən üzt tərəfidir. Burada kı informasiyalar təxmini olaraq dünyada kı informasiyaların 5% qədərdir.
Google Chorme, IE, Firefox və s browserlər vasitəsi ilə daxil ola biləcəyimiz bəzi səhifələrdir. Bu tip veb səhifələr (.com, .org, .info) kimi domain genişləmələri ilə qeydiyyatdan keçirilib və Google kimi axtarış sistemləri ilə rahat əl çatan olurlar.
Deep Veb
Dərin veb səthin altındadır və bütün veb saytların təxminən 90% -ni təşkil edir.
Əslində, bu gizli veb o qədər böyükdür ki, bir anda neçə səhifənin və ya veb saytın aktiv olduğunu bilmək çox da mümkün deyil.
Bir çoxları "deep web" ilə "dark web" biri-birləri ilə qarışdırırlar. Amma Deep veb-in çox hissəsi tamamı ilə qanununidir.
Deep veb daxildir.
- Database(Verilənlər bazası): Xüsusi informasiyalar hansı ki, sadəcə verilənlər bazasında xüsusi olaraq qorunan fayl kolleksiyaları.
- İntranetlər: təşkilatları daxilində özəl şəkildə ünsiyyət qurmaq və nəzarət etmək üçün istifadə olunan xüsusi şəbəkə, hökumətlər və təhsil müəssisələri üçün daxili şəbəkələr.
Deep veb axtarış sistemlərində indekslənmirlər. Deep veb-də yerləşən veb səhifələrə adətən müxtəlif linklərdən login olaraq daxil olmaq olur.
Əslində qısaca desək deep vebdə informasiyalar gizli saxlanılır. Məsələn nümunə göstərsək. Səhifələrin blog səhifələrin idarəetmə panellərindən, bankların müştəri panellərinə qədər hər şey deep vebin bir parçasıdır.
- Bankçılıq və pensiya kimi maliyyə hesabları
- E -poçt və sosial mesajlaşma hesabları
- Şəxsi müəssisə məlumat bazaları
- Tibbi sənədlər
- Hüquqi sənədlər
- Və s
DARK WEB axtarış sistemlərində indekslənməyən və xüsusi browserlər vasitəsi ilə daxil ola biləcəyimiz veb saytlardır. Dark web əslində Deep web-in bir parçası olaraq qəbul edilir.
- Google, Bing və ona oxşar axrarış sistemləri burada ki, veb səhifələri indeksləyə bilmirlər.
- Random(təsadüfi) şəbəkələr ilə virtual trafik kanalları vardır.
- Google Chrome, Bing, Firefox və buna oxşar ənənəvi browserlər vasitəsi ilə bu səhifələrə daxil ola bilmərsiniz.
Adətən Dark Web dedik də, qanunsız işlər, məhsullar(silah, narkotik), məzmunlar(porno) ilk olaraq ağıla gəlir. Ancaq buranın qanuni tərəfidə mövcuddur.