Cron Job Nədir?

Cron Job Unix, Linux və onlardan törəyən əməliyyat sisteminə sahib serverlərdə müəyyən zaman periyotlarında əvvəlcədən müəyyənləşdirilmiş algoritmləri işlədən bir xüsusiyyətdir. 

Nümunə versək:

Tutaq ki, veb səhifənizdən qeydiyyatdan keçmiş istifadəçiləriniz vardır və bu istifadəçilərə hər gün bloqunuza əlavə edilən məqalələr haqqında məlumat göndərmək istəyirsiniz. Bu zaman Cron Job istifadə etməniz kifayətdir ki, hər gün saat 21:00-da(istədiyiniz zaman) bloqunuza əlavə edilmiş məqalələri email vasitəsi ilə istifadəçilərinizə göndərsin.